“İnsan hüquqları aylığı” çərçivəsində növbəti maarifləndirmə tədbiri Qəbələ şəhərində keçirilib
Şəki regional miqrasiya idarəsi tərəfindən “İnsan hüquqları aylığı” çərçivəsində “Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri” mövzusunda Qəbələ şəhərində tədbir keçirilib.
Tədbirdə Qəbələ şəhər İcra Hakimiyyətinin nümayəndələri, Ombudsman aparatının Şəki mərkəzinin rəhbəri, hüquq-mühafizə orqanlarının təmsilçiləri və ictimaiyyət nümayəndələri iştrak ediblər.
Görüşdə əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri, vətəndaşsızlıq halları və bu halların azaldılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən görülən işlər iştrakçıların diqqətinə çatdırılıb.
Tədbirdə həmçinin Şəki Regional Miqrasiya İdarəsinin əməkdaşları ilə yanaşı, Ombudsman aparatının Şəki mərkəzinin rəhbəri də çıxış edib. Sonda qarşılıqlı maraq doğuran məsələlər və əcnəbilərin hüquqlarının qorunması mövzusunda qurumlararası əlaqəli fəaliyyətin təşkili ilə bağlı müzakirələr aparılıb.