Bərdədə əcnəbilərin hüquq və vəzifələrinə dair maarifləndirmə tədbiri keçirilib
Bərdədə “18 may-18 iyun İnsan Hüquqları Aylığı” çərçivəsində Peşə Liseyinin müəllim və tələbə heyəti ilə “əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində hüquq və vəzifələri, onların olduğu yer üzrə qeydiyyatı, müvəqqəti olma, müvəqqəti və daimi yaşama, iş icazələrinin verilməsi və müddətlərinin uzadılması qaydaları, vətəndaşlıq məsələləri və DMX-nin digər fəaliyyət istiqamətlərindən söhbət açılıb. Həmçinin Dövlət Miqrasiya Xidməti tərəfindən göstərilən elektron xidmətlər, 919 Çağrı mərkəzi, MİGAZ mobil tətbiqi barədə iştirakçılara ətraflı məlumat verilib. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.