newsPhoto

Şirvan və Yevlax regional miqrasiya idarələri tərəfindən səyyar xidmətlər təşkil edilib

Şirvan regional miqrasiya idarəsinin xidməti ərazisində - Sabirabad, Salyan və Neftçala rayonlarında səyyar xidmət keçirilib. 1 nəfərdən Azərbaycan Respublikası vətəndaşlığına qəbul, 2-sindən isə Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün tələb olunan sənədlər qəbul edilib. Daha 2 şəxsə Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması ilə bağlı qərar təqdim olunub. Ölkədə qanuni yaşamaq üçün qaydalar izah edilib və sənəd siyahıları verilib.

Daha bir səyyar xidmət Yevlax regional miqrasiya idarəsi tərəfindən həyata keçirilib. Müvəqqəti yaşama icazəsi ilə bağlı müraciət etmiş Rusiya Federasiyası vətəndaşının sənədlərinin qeydiyyatı aparılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur