newsPhoto

Dövlət Miqrasiya Xidməti ölkəmizdə qaçqın statusu almış şəxslərin azyaşlı övladları üçün tədbir təşkil edib

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Azərbaycanda qaçqın statusu almış şəxslərin azyaşlı uşaqları Qala Dövlət Tarix Etnoqrafiya Qoruğu Kompleksində ekskursiyada olublar. Onlar eramızdan əvvəlki dövrə aid arxeoloji abidələrlə tanış olub, Abşeron yarımadasının tarixi keçmişi, əhalisi və mədəniyyəti barədə məlumat əldə ediblər.

Ekskursiya çərçivəsində xalçaçılıq, dulusçuluq, çörək bişirmə və dəmirçilik sənəti üzrə ustad dərsləri təşkil olunub.

Qeyd edək ki, tədbir 18 may-18 iyun 2022-ci il tarixlərini əhatə edən “İnsan Hüquqları Aylığı” çərçivəsində reallaşıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur