newsPhoto

Tərtərdə maarifləndirmə tədbiri və səyyar xidmət təşkil edilib

Yevlax regional miqrasiya idarəsi tərəfindən Tərtər şəhəri Gənclər Evində rayonun ümumtəhsil məktəblərinin direktorları və ərazi icra nümayəndələri ilə “Vətəndaşsızlıq hallarının aradan qaldırılması və insan alveri ilə mübarizə”  mövzusunda maarifləndirmə tədbiri keçirilib.

105  nəfərin iştirak etdiyi tədbirdə Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, vətəndaşsızlıq hallarının aradan qaldırılması, eləcə də qanunsuz miqrasiyaya qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumatlar verilib.

Tədbir  iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Tədbirdən sonra İdarənin əməkdaşları tərəfindən Tərtər rayonunda səyyar xidmət göstərilib, müvəqqəti yaşama icazəsi ilə əlaqədar müraciət edənlərin sənədlərinin qeydiyyatı aparılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur