newsPhoto

“Miqrasiya məktəbi - 4” layihəsi çərçivəsində növbəti təlimlər keçirilib

Növbəti təlim Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyinin məsul əməkdaşı Nərgiz Kərimova, Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Elnur Kələntərov, Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Müjdat Həsənov, Ombudsman Aparatının İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin İnformasiya əldə etmək hüququnun təmini sektorunun müdiri Aynur Həmidova, Diasporla İş üzrə Dövlət Komitəsinin IV ərazi şöbəsinin müdir müavini Yəhya Babanlı, Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin Turizm sənayesi və layihələrlə iş sektorunun baş məsləhətçisi Azər Orucov tərəfindən keçirilib.

Təlimlər çərçivəsində “Miqrasiyanın idarə edilməsində beynəlxalq təşkilatların rolu”, “Dövlət Miqrasiya Xidmətində ictimaiyyətlə əlaqələr işinin təşkili”, “Azərbaycanda əcnəbilər üçün təhsil imkanları, Azərbaycanlı tələbələrin xaricdə təhsil imkanları”, “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları”, “Dünyada Azərbaycan diasporu” və “Azərbaycanda turizmin inkişafı və perspektivlər” mövzusuları müzakirə olunub.

Həmçinin “Azərbaycan Respublikasının viza siyasəti” mövzusunda Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin Viza şöbəsinin attaşesi Kamal Binyətli və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin böyük mütəxəssisi Nərmin Hacıyeva tərəfindən təlimlər keçirilib.

Layihə çərçivəsində “Dövlət Miqrasiya Xidmətinə müraciət edən şəxslərin qəbulu və onların müraciətlərinə baxılma qaydası”, “Çağrı mərkəzində işin təşkili” və “Qanunsuz miqrantların saxlanılması mərkəzlərinin fəaliyyəti” mövzularında reallaşdırılan təlimlərdə iştirakçılar Vətəndaşların qəbulu və müraciətlərinə baxılması şöbəsi, Çağrı mərkəzi və Bakı şəhər qanunsuz miqrantların saxlanılması mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Onlara müvafiq struktur bölmələrin iş prinsipləri, fəaliyyət istiqamətləri, yazılı və elektron müraciətlərin qəbulu, qeydiyyatı, onlara baxılması qaydası barədə məlumat verilib. Həmçinin Çağrı mərkəzində işin təşkili, bütün xidmət növlərinin əlçatanlığı, daxil olan sualların operativ cavablandırılmasının təmin edilməsi istiqamətində görülən işlər izah edilib. Bakı şəhər qanunsuz miqrantların saxlanılması mərkəzində isə iştirakçılar yaradılan şərait, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri barədə məlumatlandırılıblar.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur