Xaçmazda “Ölkəyə gələn əcnəbilərin leqallaşdırılması prosedurları” mövzusunda maarifləndirmə tədbiri keçirilib
Maarifləndirmə tədbirində Xaçmaz regional miqrasiya idarəsinin xidməti ərazisində yerləşən iri turizm obyektlərinin, hotellərin və turizm informasiya mərkəzlərinin nümayəndələri iştirak edib. Xaçmaz regional miqrasiya idarəsinin rəis müavini Nəbi Əsgərov Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, miqrasiya proseslərinin idarə olunması, fasiləsiz fəaliyyət göstərən 919 Çağrı mərkəzi, MİGAZ mobil tətbiqinin üstünlükləri, Xidmət tərəfindən göstərilən elektron xidmətlər, müvəqqəti olma, yaşama, iş icazələri, həmçinin əcnəbi turistlərin turizm obyektləri üzrə qeydiyyatı və bununla bağlı inzibati məsuliyyət barədə iştirakçılara məlumat verib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.