newsPhoto

Xaçmazda maarifləndirmə tədbiri, Ağsu və Yevlaxda isə səyyar xidmət təşkil olunub

Xaçmaz regional miqrasiya idarəsi tərəfindən “Yetkinlik yaşına çatmayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin leqallaşdırılması proseduru” mövzusunda onlayn maarifləndirmə tədbiri keçirilib. Tədbirdə Xaçmaz regional miqrasiya idarəsinin xidməti ərazisinə aid olan Şabran rayonunun ümumtəhsil məktəblərinin rəhbər şəxsləri iştirak ediblər. Xaçmaz regional miqrasiya idarəsinin şöbə rəisi Nail İsayev pandemiya dövründə Azərbaycanda miqrasiya proseslərinin idarə olunması, 24 saat 3 dildə fəaliyyət göstərən 919 Çağrı Mərkəzi, MİGAZ mobil tətbiqi, Xidmət tərəfindən göstərilən elektron xidmətlər və s. barədə iştirakçılara məlumat verib.

Vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə Ağsu regional miqrasiya idarəsi tərəfindən xidməti  əraziyə  daxil  olan İsmayıllı rayonunun İvanovka kəndində yaşayan sosial və sağlamlıq imkanları məhdud 2 şəxsə yaşadıqları ünvanlarda səyyar xidmətlər göstərilib. Rusiya vətəndaşından müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsi ilə bağlı sənədlər qəbul edilib. Həmçinin digər Rusiya vətəndaşı Anastasia Serebrennikovaya daimi yaşamaq üçün icazə vəsiqəsi təqdim olunub.

Yevlax regional miqrasiya idarəsinin əməkdaşları isə Tərtərdə səyyar xidmət zamanı müvəqqəti yaşama icazəsi ilə əlaqədar Rusiya vətəndaşı Ramiz Camalovun sənədlərinin qeydiyyatını aparıblar.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur