newsPhoto

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzinə 2022-ci ilin aprel ayı ərzində daxil olmuş zənglər

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzinə cari ilin aprel ayı ərzində 9191 zəng daxil olub. Onlardan 8341-i Azərbaycan dilində, 796-sı rus dilində, 54-ü isə ingilis dilində cavablandırılıb.

Qəbul edilən zənglərin 2091-i müvəqqəti yaşama icazəsi, 1883-ü müvəqqəti olma müddətinin uzadılması, 712-si vətəndaşlıq məsələləri, 628-i olduğu yer üzrə qeydiyyat, 578-i daimi yaşama icazəsi, 746-sı iş icazəsi, 2553-ü isə digər məsələlərlə bağlı olub.

**