Növbəti maarifləndirmə tədbiri İsmayıllıda reallaşıb
İsmayıllıda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə İsmayıllı rayon icra hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanları, rayonun kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə üzvləri və ictimaiyyət nümayəndələri, sahibkarlar, həmçinin əcnəbi və vətəndaşlığı olmayan şəxslər iştirak ediblər. “Ölkə ərazisində qanunsuz yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin inzibati məsuliyyəti, bu sahədə müvafiq orqanlarla qarşılıqlı əlaqələrin inkişaf mərhələləri” mövzusunda mühüm məlumatlar diqqətə çatdırılıb. Miqrasiya sahəsində qanunvericiliyə edilmiş əlavə və dəyişikliklər barədə fikir mübadiləsi aparılıb.