newsPhoto

Ağsuda səyyar xidmət təşkil olunub

Dövlət Miqrasiya Xidmətinin Ağsu regional miqrasiya idarəsi tərəfindən xidməti əraziyə daxil olan Qobustanın Xilmilli, Ağsu rayonunun Bəyimli kəndində yaşayan sosial və sağlamlıq imkanları məhdud şəxslərə yaşadıqları ünvanlarda səyyar xidmət göstərilib. Xilmilli kəndində yaşayan 2 nəfər Gürcüstan vətəndaşına ölkə ərazisində yaşamalarının leqallaşdırılması məqsədilə müvəqqəti yaşamaq üçün icazə vəsiqələrinin verilməsi ilə bağlı tələb olunan sənəd siyahısı təqdim edilib. Həmçinin şəxsin müraciətinə əsasən Azərbaycan Respublikası vətəndaşlığına qəbul qaydaları izah edilib. Bəyimli kəndində isə 2 nəfər Rusiya vətəndaşına müvəqqəti yaşamaq üçün icazə vəsiqələrinin verilməsi ilə bağlı sənəd siyahısı təqdim olunub.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur