newsPhoto

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın növbəti iclası keçirilib

Dövlət Miqrasiya Xidmətində İctimai Şuranın 2022-ci ilin yanvar-mart ayları üzrə görülmüş işlərə dair hesabat iclası keçirilib. İclasda cari ilin fəaliyyət planı və İctimai Şura yanında fəaliyyət göstərən işçi qrupların müvafiq dövrü əhatə edən hesabatları dinlənilib, görülən işlərlə bağlı fikir mübadiləsi aparılıb, bu ilin ikinci rübündə icrası nəzərdə tutulan tədbirlər müzakirə edilib.

İclası giriş sözü ilə açan İctimai Şuranın sədri Azər Allahverənov bildirib ki, son 3 ayda Şura üzvlərinə müraciət edən 100-ə yaxın miqranta zəruri hüquqi məsləhətlər verilib, ehtiyacı olan şəxslərə müxtəlif istiqamətlərdə məlumat dəstəyi göstərilib. Qeyd olunub ki, İctimai Şuranın nəzdində fəaliyyət göstərən işçi qruplar son rüb üzrə vəzifələrini uğurla icra ediblər. Daxil olan müraciətlərlə bağlı təhlilin nəticələrinə diqqət çəkən Azər Allahverənov xüsusilə vurğulayıb ki, qaldırılan həmin məsələlər İctimai Şura qarşısında yeni çağırışlar yaradır. Növbəti mərhələdə ictimai nəzarətin daha konseptual və sistemləşdirilmiş şəkildə həyata keçirilməsində maraqlı olan İctimai Şura üzvləri yeni fəaliyyət istiqamətləri ilə bağlı bir sıra təkliflər irəli sürüblər.

Sonda müzakirəyə çıxarılan məsələlərin əhəmiyyətinə toxunan Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəis müavini Kəyan Hacıyev İctimai Şura tərəfindən fəaliyyət planına uyğun icrası nəzərdə tutulan tədbirlərlə bağlı fikirlərini bölüşüb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur