newsPhoto

Dövlət Miqrasiya Xidmətində Beynəlxalq Miqrasiya İcmalı Forumuna həsr olunan 2-ci çoxtərəfli məsləhətləşmələr keçirilib

Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyi tərəfindən “Miqrasiya üzrə Qlobal Paktın icrasında bütün cəmiyyətin iştirakının vacibliyi” mövzusunda təşkil edilən 2-ci onlayn görüş may ayında Nyu-York şəhərində keçiriləcək ilk Beynəlxalq Miqrasiya İcmalı Forumuna həsr olunub.

Məqsəd “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın icrasında və Azərbaycanda miqrasiya siyasətinin formalaşmasında bütün cəmiyyətin iştirakının vacibliyi barədə fikir mübadiləsinin aparılmasıdır.

Görüşün əhəmiyyətini vurğulyan Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov miqrasiya idarəçiliyində ümumcəmiyyət yanaşmasının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər, atılan mühüm addımlar barədə məlumat verib. Bildirib ki, Xidmət akademik dairələr, vətəndaş cəmiyyəti, özəl sektor, kütləvi informasiya vasitələri və miqrantlarla strukturlaşmış dialoq quraraq onları miqrasiya sahəsi ilə yaxından tanış edir. Həmçinin ölkəmizin miqrasiya siyasətinin formalaşdırılmasında və Xidmətin fəaliyyətində onların aktiv iştirakını təşviq edir. Xidmət rəisi müxtəlif maraqlı tərəflərlə əlaqələrin qurulmasının miqrasiya idarəçiliyində şəffaflığın və inklüzivliyin artırılmasının, eləcə də mədəni müxtəlifliyin təminatlarından biri olduğunu vurğulayıb.

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Vladimir Georgiev və Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov çıxış edərək mühüm qərarların  qəbul edilməsində  cəmiyyət nümayəndələrinin aktiv iştirakının zəruriliyini və vacibliyini diqqətə çatdırıblar.

Sonra çıxışlar dinlənilib və fikir mübadiləsi aparılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur