newsPhoto

Miqrantların saxlanılması mərkəzinin əməkdaşları üçün təlim keçirilib

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) və Dövlət Miqrasiya Xidmətinin (DMX) birgə təşkilatçılığı ilə DMX əməkdaşları üçün  “Qəbuletmə şərtləri” mövzusunda təlim keçirilib.

Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində təşkil edilən təlimdə məqsəd qaçqın statusunun müəyyənləşdirilməsi məsələlərində iştirak edən və sığınacaq axtaran şəxslərlə işləyən əməkdaşların potensiallarını artırmaq və gücləndirməkdir.

Təlimdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ölkəmizdəki nümayəndəliyinin məsul əməkdaşı Sənan Hacıyev “Beynəlxalq himayə üçün müraciət etmiş şəxslərlə bağlı qəbuletmə şərtlərinə dair Avropa İttifaqının standartları” və DMX-nin Qaçqın statusunun müəyyənləşdirilməsi idarəsinin əməkdaşı Rüfət Əliyev “Xüsusi himayə ehtiyacı olan qruplar (Uşaqlar, Əlillər, Qadınlar)” mövzularında təqdimatla çıxış ediblər.

İştirakçılara hər iki qurumun qaçqın məsələlərinin həllinə dair fəaliyyət istiqamətləri və gördükləri işlər, idarəetmə təcrübələri, göstərilən zəruri yardımlar,  səhiyyə və təhsil imkanları barədə ətraflı məlumat verilib.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur