newsPhoto

Şəki regional miqrasiya idarəsinin təşkilatçılğı ilə şahmat turniri keçirilib

Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 15-ci ildönümü və miqrasiya orqanları işçilərinin peşə bayramı ilə əlaqədar təsdiqlənmiş illik Tədbirlər Planına uyğun olaraq, silsilə tədbirlər davam etdirilir. Bu dəfə Şəkidə həvəskar şahmatçılar arasında turnir keçirilib. Yarışda rayonun müxtəlif müəssisə və təşkilatlarından müraciət edən 16 şəxs iştrak edib. İsveçrə sistemi üzrə keçirilən yarış 7 turdan ibarət olub. İştirakçılar arasında ən yaxşı nəticəni Rasim İsayev göstərib. Polad Eyvazov 2-ci, İlqar Kərimov 3-cü yerə layiq görülüblər. Turnirdə fərqlənənlərə diplom və mükafatlar təqdim edilib.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur