newsPhoto

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzinə 2022-ci ilin I rübü ərzində daxil olmuş zənglər

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzinə cari ilin I rübü ərzində 24253 zəng daxil olub. Onlardan 22120-si Azərbaycan dilində, 1965-i rus dilində, 168-i isə ingilis dilində cavablandırılıb.

Qəbul edilən zənglərin 6834-ü müvəqqəti yaşama icazəsi, 5563-ü müvəqqəti olma müddətinin uzadılması, 1638-i vətəndaşlıq məsələləri, 1468-i olduğu yer üzrə qeydiyyat, 1504-ü daimi yaşama icazəsi, 1598-i iş icazəsi, 5648-i isə digər məsələlərlə bağlı olub.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur