Xaçmaz regional miqrasiya idarəsinin əməkdaşları tərəfindən səyyar xidmət təşkil edilib
Xaçmaz regional miqrasiya idarəsinin əməkdaşları Quba, Qusar və Xaçmaz rayonlarında yaşayan, sağlamlıq imkanları məhdud, eləcə də həssas qrupa daxil olan 9 nəfərə yaşadıqları ünvanlarda səyyar xidmət göstəriblər. 3 nəfərdən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar müraciət sənədləri qəbul edilib. 6 əcnəbiyə isə ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verilib.