newsPhoto

Şəki Regional Miqrasiya idarəsi tərəfindən səyyar xidmət və maarifləndirmə tədbiri keçirilib

Şəki regional miqrasiya idarəsinin əməkdaşları tərəfindən Qax və Şəki rayonlarında yaşayan, sağlamlıq imkanları məhdud, eləcə də həssas qrupa daxil olan şəxslərə yaşadıqları ünvanlarda səyyar xidmət göstərilib. Onların bir qisminə müvəqqəti olma müddətinin uzadılmasına dair sənədlər təqdim edilib. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar müraciət edənlərdən sənədlər qəbul olunaraq, miqrasiya qanunvericiliyinə dair məlumatlar verilib.

Şəki regional miqrasiya idarəsi tərəfindən həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının tələbə heyəti ilə görüş  keçirilib. Tədbirdə Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri haqqında geniş məlumat verilib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur