newsPhoto

Dövlət Miqrasiya Xidməti tərəfindən Beynəlxalq Miqrasiya İcmalı Forumuna həsr olunan çoxtərəfli məsləhətləşmələr keçiriləcəkdir

30 mart 2022-ci il tarixdə saat 15:00-dan 17:00-dək gənclərin “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt” ilə bağlı məlumatlılığın artırılması, habelə dünyada və Azərbaycanda miqrasiya sahəsində gənclərin rolu barədə fikir mübadiləsinin aparılması məqsədilə may ayında Nyu-York şəhərində keçiriləcək ilk Beynəlxalq Miqrasiya İcmalı Forumuna həsr olunan çoxtərəfli məsləhətləşmələr çərçivəsində ilk onlayn görüşün keçirilməsi nəzərdə tutulmuşdur. Görüş zamanı Dövlət Miqrasiya Xidmətinin, Birləşmiş Millətlər Təşkilatının və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliklərinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Azərbaycan Könüllü Təşkilatları İttifaqının, o cümlədən "Miqrasiya könüllüləri" İctimai Birliyinin nümayəndələrinin iştirakı ilə təqdimatların və müzakirələrin keçirilməsi planlaşdırılır.

Adıçəkilən məsləhətləşmələrdə iştirak etmək niyyətində olan gənclər, o cümlədən tələbələr və könüllülər 29 mart 2022-ci il tarixədək tərcümeyi-hallarını (CV) icd@migration.gov.az elektron ünvanına göndərə bilərlər.

Tədbir Azərbaycan dilində keçiriləcəkdir (ingilis dilinə sinxron tərcümə təmin olunacaqdır). Seçilmiş namizədlərə elektron poçt vasitəsilə təsdiq məktubu və tədbirdə onlayn iştirak üçün keçid göndəriləcəkdir.

Qeyd: Ətraflı məlumat üçün (012) 919 Çağrı Mərkəzinə zəng edə bilərsiniz.

 

 



 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur