newsPhoto

Novruz bayramı münasibətilə Dövlət Miqrasiya Xidmətində xeyriyyə aksiyası keçirib

Xalqımızın milli adət-ənənələrini özündə yaşadan Novruz bayramı ilə əlaqədar Dövlət Miqrasiya Xidməti tərəfindən ölkəmizdə qaçqın statusu əsasında yaşayan, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) himayəsində olan, sığınacaq axtaran, aztəminatlı və şəhid ailələri də daxil olmaqla 100 ailəyə bayram sovqatı paylanılıb.

Dövlət Miqrasiya Xidməti tərəfindən hər zaman qayğı ilə əhatə olunduqlarını, pandemiya dövründə xüsusilə diqqətdə saxlanıldıqlarını bildirən ailələr minnətdarlıqlarını ifadə ediblər.

Bu layihədə dəstək olan bütün tərəfdaşlarımıza təşəkkürümüzü bidiririk.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur