Gəncə Regional miqrasiya idarəsi tərəfindən səyyar xidmət və maarifləndirmə tədbiri təşkil olunub
Gəncə regional miqrasiya idarəsinin əməkdaşları sağlamlıq imkanları məhdud, eləcə də həssas qrupa daxil olan şəxslərə yaşadıqları ünvanlarda səyyar xidmət göstəriblər. 3 nəfərdən müvəqqəti yaşamaq üçün icazənin alınması, müvəqqəti olma müddətinin uzadılması və vətəndaşlıq mənsubiyyətinin araşdırılması ilə bağlı sənədlər qəbul edilib.
Gəncə regional miqrasiya idarəsi tərəfindən həmçinin “Ölkə ərazisində qanunsuz yaşayan əcnəbilərin və ya sənədsiz yaşayan şəxslərin leqallaşdırılmasında aidiyyəti dövlət orqanlarının qarşılıqlı fəaliyyətinin əhəmiyyəti” mövzusunda onlayn maarifləndirmə tədbiri keçirilib. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin qeydiyyat prosedurları, eləcə də əmək miqrasiyası ilə bağlı qaydalar izah olunub. Qanunsuz əmək miqrasiyasının qarşısının alınması istiqamətində aidiyyəti dövlət orqanlarının bu sahədə sıx əməkdaşlığının vacibliyi diqqətə çatdırılıb. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.