DMX-nin 15 illik yubileyi ərəfəsində növbəti qanvermə aksiyası Gəncə və Xaçmazda keçirilib
Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 15-ci ildönümü və miqrasiya orqanları işçilərinin peşə bayramı ərəfəsində keçirilən qanvermə aksiyasına Gəncə regional miqrasiya idarəsinin əməkdaşları da qoşulublar. Talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə keçirilən aksiya Milli Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının həkim hematoloqları tərəfindən həyata keçirilib.
Daha bir qanvermə aksiyası Xaçmazda keçirilib. Tədbir Xaçmaz regional miqrasiya idarəsi və Transfuziologiya Mərkəzinin Qan Bankının (Mərkəzi Qan Bankı) Quba bölməsi ilə birgə təşkil olunub. Onlardan götürülən qan nümunələri hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanlara, xüsusən də uşaqlara yardım etmək, bu məqsədlə tədarük olunan qan ehtiyatını artırmaq üçün istifadə olunacaq.