Şirvan regional miqrasiya idarəsi tərəfindən onlayn maarifləndirmə tədbiri keçirilib
Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 15 illiyi ərəfəsində “DMX: 15 il xidmətinizdə” sloqanı ilə Şirvan regional miqrasiya idarəsi tərəfindən xidməti ərazisində fəaliyyət göstərən iri şirkət və müəssisələrin rəhbərləri, eləcə də nümayəndələrinin iştirakı ilə “İş icazəsinin alınması (müddətinin uzadılması) və növbəti il üçün əcnəbi işçi qüvvəsinə tələbat haqqında proqnoz məlumatların hazırlanması” mövzusunda onlayn maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 15 illiyi və fəaliyyət istiqamətləri, Xidmət tərəfindən göstərilən elektron xidmətlər, tətbiq olunan yeniliklər, 3 dildə fəaliyyət göstərən 919 Çağrı mərkəzi, MİGAZ mobil tətbiqi barədə məlumat verilib. Həmçinin əmək miqrasiyası, iş icazəsinin alınması (müddətinin uzadılması), əməkçi miqrantların hüquqları və inzibati məsulliyyət yaradan hallardan bəhs olunub. Bundan başqa, əmək miqrasiyası kvotasının müəyyən edilməsi üçün əcnəbi işçi qüvvəsinə tələbat haqqında proqnoz məlumatların hazırlanması qaydaları izah edilib.
Görüşün sonunda iştirakçıların təəssüratları dinlənilib və sualları cavablandırlıb.