Ağsuda vətəndaşsızlıq vəziyyətində olan şəxslərlə görüş keçirilib
Vətəndaşsızlıq hallarının aradan qaldırılması və bu sahədə maarifləndirmə işinin təşkili məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən tədbirlər davam etdirilir.
Budəfəki tədbir Ağsuda reallaşdırılıb. Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Rza Talıbovun rəhbərliyi ilə 4 mart 2022-ci il tarixdə Ağsu regional miqrasiya idarəsinin əhatə etdiyi ərazilərdə yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə görüş keçirilib. Görüşdə vətəndaşsızlıq vəziyyətində olan şəxslərin problemlərinin həlli məsələləri müzakirə olunub, müvafiq tövsiyələr verilib.
Sonda Ağsu regional miqrasiya idarəsinin xidməti ərazisində yaşayan və vətəndaşsızlıq vəziyyətində olan 26 nəfərin sənədləşdirilməsi ilə bağlı sənəd qəbulu təşkil edilib.