newsPhoto

Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının tələbə heyəti ilə görüş keçirilib

Şəki regional miqrasiya idarəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 15-ci ildönümünə həsr olunmuş “15 il sizinlə” adlı tədbir keçirilib.

Tədbirdə DMX-nin fəaliyyət istiqamətləri, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün ölkəmizdə yaradılmış şərait, tətbiq olunan yeniliklər, elektron və onlayn xidmətlər, gənclərlə iş prinsipi və regionlarda miqrasiya idarələrinin rolu barədə məlumat verilib. Həmçinin olduğu yer üzrə qeydiyyat, müvəqqəti olma, müvəqqəti və daimi yaşama icazələrinin, haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi, vətəndaşlığa qəbul, bərpa və vətəndaşlığa xitam verilməsi ilə bağlı prosedur qaydaları izah olunub.

Görüşün sonunda iştirakçıların təəssüratları dinlənilib və sualları cavablandırlıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur