“Miqrasiya məktəbi - 4” layihəsi çərçivəsində təlimlər davam etdirilir
Növbəti təlimlər Dövlət Miqrasiya Xidmətinin əməkdaşları - Vüqar Süleymanov, İsmayıl Vəlixanov, Fidan Qələndərova, Əfsanə Səttarova, Elnur Şahmarov və “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İsgəndərli tərəfindən keçirilib.
Təlimlər çərçivəsində “Liderlik və idarəetmə”, “Əcnəbilərin əmək fəaliyyətinin tənzimlənilməsi”, “Tənzimlənməyən miqrasiya və ona qarşı mübarizə” mövzusuları müzakirə olunub.
Bundan başqa, “Qaçqın və sığınacaq məsələləri”, “Miqrasiya barədə məlumat: əsas konseptlər və terminlər, qlobal miqrasiya trendləri”, habelə “Readmissiya və inteqrasiya” barədə məlumatlar diqqətə çatdırılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.