newsPhoto

Cəlilabadda maarifləndirmə tədbiri keçirilib

Dövlət Miqrasiya Xidmətinin Lənkəran regional miqrasiya idarəsi tərəfindən Cəlilabad rayonunda onlayın maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Dövlət Miqrasiya Xidmətinin fəaliyyətə başladığı15 il ərzində göstərdiyi xidmətlər və tətbiq olunan yeniliklər barədə məlumat verilib.

Həmçinin əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində hüquq və vəzifələri, qeydiyyat qaydaları, müvəqqəti olma müddətinin uzadılması, qanunsuz yaşayan şəxslərin leqallaşdırılması istiqamətində müzakirələr aparılıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar qanunvericiliyə müvafiq qaydada cavablandırılıb.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur