newsPhoto

Lənkəranda maarifləndirmə tədbiri keçirilib

Dövlət Miqrasiya Xidmətinin Lənkəran regional miqrasiya idarəsi tərəfindən Lənkəran Dövlət Universitetində tələbə və müəllim heyətinin iştirakı ilə maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə miqrasiya qanunvericiliyinin tələbləri, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri, ölkə ərazisində olma və yaşama hüququ verən sənədlər, olduğu yer üzrə qeydiyyat qaydaları, əcnəbi tələbələrin təhsil hüququ barədə ətraflı məlumat verilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar qanunvericiliyə müvafiq qaydada cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur