newsPhoto

Dövlət Miqrasiya Xidmətində Xocalı soyqırımının qurbanları anılıb

Dövlət Miqrasiya Xidmətində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar tədbir təşkil edilib. Xidmətin inzibati binasında faciənin təfərrüatlarını əks etdirən sərgi nümayiş olunub. Ayrı-ayrı struktur bölmələrin əməkdaşları 30 il əvvəl məhz bu tarixdə erməni vandalları tərəfindən xalqımızın başına gətirilən faciə barədə ətraflı məlumatlandırılıblar. Bildirilib ki, Xocalı soyqırımı erməni millətçiləri tərəfindən 200 ildən artıq müddətdə xalqımıza qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı, təcavüzkarlıq siyasətinin davamı olub.

İstiqlal muzeyi ilə birgə keçirilən tədbirdə muzeyin arxivində saxlanılan fotolar sərgilənib. Hər bir əl işi Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün qorunması yolunda göstərilmiş mübarizə əzminin nümayişi kimi qiymətləndirilib.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur