newsPhoto

Şirvan və Ağsu regional miqrasiya idarələri tərəfindən onlayn maarifləndirmə tədbirləri keçirilib

Şirvan regional miqrasiya idarəsi tərəfindən xidməti əraziyə daxil olan şəhər və rayonların təhsil şöbələrinin məsul əməkdaşlarının iştirakı ilə “Təhsil alan əcnəbilər və vətəndaşığı olmayan şəxslərə Azərbaycan Respublikasında yaşamaq hüququ verən sənədlərin verilməsi qaydaları və inzibati məsuliyyət yaradan hallar” mövzusunda onlayn maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 15 illiyi və fəaliyyət istiqamətləri, elektron xidmətlər, 7 gün 24 saat 3 dildə fəaliyyət göstərən 919 Çağrı mərkəzi, MİGAZ mobil tətbiqi, eləcə də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri, qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri barədə məlumat verilib. Təhsil alan əcnəbilərə ölkəmizdə yaşamaq hüququ verən sənədlərin verilmə qaydaları izah edilib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Daha bir onlayn maarifləndirmə tədbiri Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında professor və müəllim  heyətinin, əlaqələndirici nümayəndələrin iştirakı ilə keçirilib. Tədbir “Azərbaycan Respublikasında təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində yaşamaq hüququ verən sənədlərin alınması qaydaları”, həmçinin “Dövlət Miqrasiya Xidmətinin yaradılması tarixi, inkişaf mərhələsi və fəaliyyət istiqamətləri” mövzularına həsr olunub. Miqrasiya qanunvericiliyinə edilmiş əlavə və dəyişikliklər, eləcə də Xidmətin yaranma tarixi, inkişaf mərhələləri, fəaliyyət  istiqamətlərindən söhbət açılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur