Zərdabda və Lənkəranda səyyar xidmət təşkil edilib
Dövlət Miqrasiya Xidmətinin Yevlax regional miqrasiya idarəsinin əməkdaşları tərəfindən Zərdab rayonunun Alıbəyli, Dəkkəoba və Qaravəlli kəndlərində, eləcə də Lənkəran regional miqrasiya idarəsi tərəfindən Lənkəranda səyyar xidmət təşkil edilib.
Ümumilikdə 12 nəfərə yaşadıqları ünvanlarda səyyar xidmət göstərilib. Onlardan 6-sına vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi barədə, 1-inə müvəqqəti olma müddətinin uzadılması ilə bağlı qərar, 1-inə müvəqqəti yaşama ,1-inə isə daimi yaşama ilə bağlı icazə vəsiqəsi təqdim olunub. Həmçinin 3 nəfər ahıl şəxsdən müvəqqəti yaşama icazəsi ilə bağlı sənədlər qəbul edilib.