Şirvan regional miqrasiya idarəsi onlayn maarifləndirmə tədbiri keçirib
Dövlət Miqrasiya Xidmətinin Şirvan regional miqrasiya idarəsi tərəfindən Şirvan şəhəri, Hacıqabul, Salyan, Neftçala, Sabirabad, Saatlı, İmişli, Beyləqan və Füzuli rayonlarının icra hakimiyyətlərinin ərazi idarəetmə və yerli özünü idarəetmə orqanı ilə iş şöbəsinin məsul əməkdaşlarının iştirakı ilə “Şirvan RMİ-nin xidməti ərazisində qanunsuz vəziyyətdə yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin aşkarlanması, leqallaşdırılması və onların vaksinasiya tədbirlərindən yararlanmasının təmin olunması” mövzusunda onlayn maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, Xidmət tərəfindən göstərilən elektron xidmətlər, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri, qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri barədə məlumat verilib. Həmçinin ölkəmizdə qanunsuz vəziyyətdə yaşayan əcnəbilərin də vaksinasiya tədbirlərindən yararlanmasının təmin olunması məqsədilə həmin şəxslərin vaksinasiya ilə bağlı tələb olunan müvafiq sənədləri əldə etməsi üçün Şirvan regional miqrasiya idarəsinə yaxınlaşması tövsiyə edilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.