newsPhoto

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzinə 2022-ci ilin yanvar ayı ərzində daxil olmuş zənglər

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzinə cari ilin yanvar ayı ərzində 7492 zəng daxil olub. Onlardan 6859-u Azərbaycan dilində, 590-ı rus dilində, 43-ü isə ingilis dilində cavablandırılıb.

Qəbul edilən zənglərin 2054-ü müvəqqəti yaşama icazəsi, 1924-ü müvəqqəti olma müddətinin uzadılması, 616-sı vətəndaşlıq məsələləri, 582-si olduğu yer üzrə qeydiyyat, 516-sı daimi yaşama icazəsi, 315-i iş icazəsi, 1485-i isə digər məsələlərlə bağlı olub.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur