Qusarda və Astarada səyyar xidmət göstərilib
Dövlət Miqrasiya Xidmətinin Xaçmaz regional miqrasiya idarəsi tərəfindən Qusar rayonunun Gənclər mərkəzində və Lənkəran regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan Astara rayonunda səyyar xidmət təşkil olunub.
Xidmətin imkanlarından ümumlikdə 43 nəfər istifadə edib.
Onlardan 13 nəfərə ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazəsi vəsiqəsi, 10-una vətəndaşlığa qəbulla bağlı arayış, 1-inə müvəqqəti olma müddətinin uzadılması, 1-inə isə vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi barədə qərar təqdim edilib. 4 nəfərdən müvəqqəti olma və müvəqqəti yaşama icazəsinin müddətinin uzadılması, 1-dən vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı müraciət qəbul edilib, həmçinin 7 nəfərə müraciətə uyğun tələb olunan sənədlərin siyahısı izah olunub.
Bundan başqa Xaçmaz regional miqrasiya idarəsinin əməkdaşları tərəfindən 6 nəfərə yaşadıqları ünvanlarda səyyar xidmət göstərilib.