newsPhoto

Mingəçevirdə Gənclər Günü qeyd olunub

Gənclər Günü münasibətilə Yevlax regional miqrasiya idarəsi tərəfindən Mingəçevir şəhər Gənclər Evində “Dövlət Miqrasiya Xidməti - Gənclərlə 15 il birlikdə” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, gənclərin miqrasiya sahəsində bilik və təcrübələrini artırmaq üçün yaradılan imkanlar barədə ətraflı məlumat verilib. Həmçinin respublikada gənclər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarından biri olan “Miqrasiya Könüllüsü” İctimai Birliyinin fəaliyyətindən, həyata keçirilən sosial maarifləndirici aksiyalarda miqrasiya könüllülərinin fəal iştirakından, uğurlu layihələrindən  bəhs edilib.

Sonda gəncləri maraqlandıran sualar cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur