“Miqrasiya Məktəbi 4” layihəsi çərçivəsində növbəti təlimlər təşkil edilib
“Miqrasiya Məktəbi 4” layihəsi çərçivəsində növbəti təlimlər Dövlət Miqrasiya Xidmətinin əməkdaşları - Füzuli Cəbrayllı, Tural Çələbiyev, Həmidə Vahabova və Elvin Dadaşov tərəfindən keçirilib.
Təlimlər çərçivəsində miqrasiya hüququnun inkişaf tarixi, bu tarixi prosesdə ortaya çıxan əsas konsepsiyalar və həmin konsepsiyaların müasir miqrasiya proseslərinə təsiri, həmçinin Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyi, xüsusilə Xidmətin fəaliyyətini tənzimləyən hüquqi aktlar, miqrasiya sahəsində Xidmətin səlahiyyətinə aid olan məsələlər üzrə müqavilə-hüquq bazası, habelə aparılan hüquqi maarifləndirmə işi barədə geniş məlumat verilib.
Bundan başqa əcnəbilərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması, onlara müvəqqəti və daimi yaşama icazələrinin verilməsi və müddətlərinin uzadılması, miqrasiya statistikası, statistikaya dair məlumatların əldə edilmə mənbələri və istifadə qaydaları barədə iştirakçılar məlumatlandırılıblar.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.