Xidmətin rəsmi internet səhifəsində onlayn müraciət imkanı təkmilləşdirilib

Dövlət Miqrasiya Xidmətinə rəsmi internet səhifəsi vasitəsilə onlayn müraciət etmək istəyənlər üçün yeni xidmət “Dövlət Miqrasiya Xidmətinə onlayn müraciətin edilməsi və izlənilməsi xidməti” yaradılıb. Belə ki, DMX-nın rəsmi internet səhifəsi üzərindən müraciət edən şəxslər bundan sonra “Əlaqə” pəncərəsinə keçid alaraq müraciət etdikdən sonra “Müraciəti izlə” pəncərəsi vasitəsilə müraciətin nömrəsini qeyd etməklə onun icra vəziyyəti barədə məlumat əldə edə biləcəklər.

Müraciət ünvanlamaq istəyən istifadəçilər üçün aşağıdakı link təqdim olunur.

https://www.migration.gov.az/az/apply

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur