newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı Proqram Koordinatoru ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Proqram Koordinatoru Fatih Yılmazın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqları səmimi salamlayan Xidmət rəisi son zamanlar Xidmət tərəfindən görülmüş işlər, o cümlədən beynəlxalq əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində atılan addımlar, vətəndaş məmnunluğunun və istifadəçi rahatlığının təminatı istiqamətində e-xidmətlərin sayının və keyfiyyətinin artırıldığını, bütün elektron xidmətlər üzrə yenilənmə işləri aparıldığını və həyata keçirilən sosial layihələr barədə məlumat verib.  

Səmimi qarşılanmaya görə təşəkkürünü bildirən Fatih Yılmaz qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Eyni zamanda, görüşdə Azərbaycan Respublikasında dövlət qurumları ilə əməkdaşlıq şəraitində TİKA tərəfindən həyata keçirilən və müsbət nəticələr verən çoxsaylı layihələrdən də söhbət açılıb.

Görüşdə Dövlət Miqrasiya Xidməti ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi arasında əməkdaşlıq əlaqələrinin gələcəkdə daha da genişləndirilməsi və inkişaf etdirilməsi nəzərdə tutulan fəaliyyət sahələri haqqında fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində qonaqlar DMX-nın yeni istifadəyə verilmiş Təlim mərkəzi ilə tanış olublar.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur