Dövlət Miqrasiya Xidmətinin məlumatı
Ölkəmizdə olma və ya yaşama hüququ verən sənədlər olmadan yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yaşamalarını leqallaşdırmaq (qanuniləşdirmək) üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir. Azərbaycan Respublikasında tətbiq olunan xüsusi karantin rejiminin tələbləri nəzərə alınaraq, miqrasiya qanunvericiliyinin tələblərini pozan, uzun müddət olma və ya yaşama hüququ verən sənədlər olmadan yaşayan əcnəbilər barəsində ölkə hüdudlarından kənara inzibati qaydada çıxarma tənbehinin tətbiqi məhdudlaşdırılmışdır.
Bununla əlaqədar olaraq, ölkədə uzun müddət olma və ya yaşama hüququ verən sənədlər olmadan yaşayan əcnəbilər yaşamalarını leqallaşdırmaq (qanuniləşdirmək) məqsədilə Dövlət Miqrasiya Xidmətinə müraciət etmək üçün dəvət olunurlar. Leqallaşma (qanuniləşmə) vaksinasiya olunmaq və tibbi xidmətlərdən yararlanmaq, ölkə ərazisində hüquqi hərəkətlər etmək, həmçinin gələcəkdə daha sərt inzibati tənbeh tədbirlərinin tətbiq olunmaması baxımından zəruridir.
Ölkə ərazisində yaşamalarını leqallaşdırmaq (qanuniləşdirmək) üçün əcnəbilərdən və ya onların nümayəndələrindən regional miqrasiya idarələrinə yaxınlaşmaq tələb olunur. Regional miqrasiya idarələrinin ünvanlarını buradan əldə etmək mümkündür.
Ətraflı məlumat üçün (012) 919 Çağrı Mərkəzinə zəng edə bilərsiniz.