newsPhoto

Şəhid övladları üçün Yeni il tədbirləri təşkil edilib

“For Azerbaijan” Xeyriyyə Təşkilatının təşəbbüsü, Dövlət Miqrasiya Xidmətinin dəstəyi ilə cari ilin iyul ayında şəhid övladları üçün təşkil olunmuş “Qaliblər düşərgəsi”nin iştirakçıları 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il ərəfəsində Bakı şəhərində bir araya gəliblər.

Öncə 14-15 dekabr tarixində Şəki ətrafı ərazilərdə yaşayan şəhid övladları ilə Şəkidə, 18-19 dekabr tarixlərində isə Gəncə ətrafı ərazilərdə yaşayan şəhid övladları ilə  Gəncədə görüşlər təşkil olunub. Tədbirlərə ümumilikdə 78 şəhid övladı və 20 Miqrasiya könüllüsü qatılıb. Maraqlı və əyləncəli proqramlar keçirilib.

Yeni il şənliklərində müxtəlif səhnəciklər, oyunlar, müsabiqələr təşkil olunub. Yolka ətrafında toplaşan iştirakçılar nağıl qəhrəmanları ilə birgə əyləniblər. Səmimi münasibət, xoş əhval-ruhiyyə onlarda unudulmaz təəssürat yaradıb. Tədbirlər qaliblər üçün maraqlı anlarla yadda qalıb.