newsPhoto

Regional miqrasiya idarələrində Azərbaycan vətəndaşlığına qəbul edilmiş şəxslərin andiçmə mərasimi keçirilib

Prezident cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmuş şəxslərin andiçmə mərasimi Dövlət Miqrasiya Xidmətinin regional miqrasiya idarələrində də təşkil olunub.

Bu silsilədən olan tədbirlər Gəncə, Şirvan, Ağsu, Yevlax, Xaçmaz, Lənkəran, Şəki regional miqrasiya idarələrində keçirilib.

Vətən müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, o cümlədən şəhid olmuş hərbi qulluqçuların ailə üzvləri ilə yaşadıqları ünvanlarda görüş keçirilib. Onlara Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmaları ilə bağlı müvafiq arayışlar təqdim edilib.

Vətəndaşlığa qəbul olunan şəxslər təntənəli şəkildə Azərbaycanın Dövlət Bayrağı önündə Konstitusiyaya əl basaraq and içiblər.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur