Dövlət Miqrasiya Xidmətinin məlumatı
“Azərbaycan Respublikasının vətəndaşlığına qəbul haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 325 əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilib. Bu şəxslərdən 31 nəfəri Vətən müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, o cümlədən şəhid olmuş hərbi qulluqçuların ailə üzvləridir.