Şirvan regional miqrasiya idarəsi tərəfindən maarifləndirmə tədbiri keçirilib
Dövlət Miqrasiya Xidmətinin Şirvan regional miqrasiya idarəsi tərəfindən Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində müəllim və tələbələrin iştirakı ilə “Əcnəbi tələbələrin miqrasiya məsələləri ilə bağlı hüquqi prosedurlar çərçivəsində həyata keçirməli olduğu tədbirlər və miqrasiya qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulmuş inzibati məsuliyyətlər” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Miqrasiya Məcəlləsində nəzərdə tutulmuş qaydada olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması, müvəqqəti yaşamaq üçün icazə, miqrasiya proseslərinin idarə olunması, üç dildə 7/24 saat fəaliyyət göstərən 919 Çağrı Mərkəzi, MİGAZ mobil tətbiqi və Xidmət tərəfindən göstərilən elektron xidmətlər barədə geniş məlumat verilib.
Həmçinin, miqrasiya qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulmuş inzibati məsuliyyətlər barəsində tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.