Şəkidə turizm sektorunun nümayəndələri ilə görüş keçirilib
Dövlət Miqrasiya Xidmətinin Şəki regional miqrasiya idarəsinin xidməti ərazisində fəaliyyət göstərən mehmanxana, sanatoriya, hostel, kempinq, turist bazası və bu kimi ictimai yerlərin nümayəndələri ilə məlumatlandırma xarakterli görüş təşkil olunub. Onlara qeydiyyat qaydaları ilə bağlı həyata keçirilməli olan prosedurlar və elektron xidmətlər, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyətlər və ölkə ərazisində qanuni şəkildə işləməyin əsasları barədə məlumat verilib. Ölkəyə gələn turistlərin hər hansı problemlə qarşılaşmamaları üçün onları qəbul edən tərəfin qısa müddətdə qeydiyyat prosedurlarını həyata keçirmələrinin vacibliyi diqqətə çatdırılıb.