Azərbaycan Könüllülərinin IV Həmrəylik Forumunda Miqrasiya könüllüsü İlkin Əliyarlı “Genişmiqyaslı Tədirlərdə Könüllülük” nominasiyası üzrə ilin ən fəal könüllüsü seçilib
5 dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə “Azərbaycan Könüllülərinin IV Həmrəylik Forumu” keçirilib. Forumda 20 könüllü təşkilatının 1000-dən çox fəal üzvü iştirak edib.
Bakı Konqres Mərkəzində keçirilən tədbirdə ölkədə fəaliyyət göstərən könüllü təşkilatlarının iş prinsipi ilə bağlı məlumatları əks etdirən stendlərdən ibarət sərgi də təşkil olunub.
Forumda il ərzində 5 nominasiya – dövlət qurumlarında, genişmiqyaslı tədbirlərdə, sosial layihələrdə, ekoloji aksiyalarda və uzunmüddətli könüllülük fəaliyyətində fərqlənmiş könüllülər təltif edilib. Könüllülərə mükafatları Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin sədri Ülvi Mehdiyev, Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və başqaları təqdim ediblər.
“Genişmiqyaslı Tədirlərdə Könüllülük” nominasiyası üzrə ilin ən fəal Könüllüsü həmçinin Miqrasiya Könüllüsü İlkin Əliyarlı elan olunub. Qeyd edək ki, İlkin Əliyarlı cari ildə Dövlət Miqrasiya Xidməti və For Azerbaijan beynəlxalq xeyriyyə təşkilatının birgə dəstəyi ilə şəhid övladları üçün keçirilən “Qaliblər düşərgəsi”nin əməliyyat komitəsinin üzvü olub.