newsPhoto

Gəncə regional miqrasiya idarəsi tərəfindən əcnəbi tələbələr üçün maarifləndirmə tədbiri keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində reallaşan tədbir “Əcnəbi tələbələrin miqrasiya məsələləri ilə bağlı hüquqi prosedurlar çərçivəsində həyata keçirməli olduğu tədbirlər və miqrasiya qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulmuş inzibati məsuliyyətlər” mövzusuna həsr olunub. Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Miqrasiya Məcəlləsində nəzərdə tutulmuş qaydada olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması, müvəqqəti yaşamaq üçün icazə barədə geniş məlumat verilib, elektron qeydiyyat qaydaları izah olunub. Əcnəbi tələbələrin qeydiyyat prosedurlarının vaxtında həyata keçirilməsinin zəruriliyi vurğulanıb.