newsPhoto

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzinə 2021-ci ilin oktyabr ayı ərzində daxil olmuş zənglər

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzinə cari ilin oktyabr ayı ərzində 8210  zəng daxil olub. Onlardan 7471-i Azərbaycan dilində, 679-u rus dilində, 60-ı isə ingilis dilində cavablandırılıb.

Qəbul edilən zənglərin 2994-ü müvəqqəti yaşama icazəsi, 1634-ü müvəqqəti olma müddətinin uzadılması, 619-u daimi yaşama icazəsi, 396-sı iş icazəsi, 637-si vətəndaşlıq məsələləri, 361-i olduğu yer üzrə qeydiyyat, 1569-u isə digər məsələlərlə bağlı olub.