newsPhoto

Xaçmazda bir qrup şəhid ailəsi ilə görüş keçirilib

Xaçmaz regional miqrasiya idarəsinin əməkdaşları Quba, Qusar və Xaçmaz rayonlarından olan bir qrup şəhid ailəsini ziyarət ediblər. Qubanın Qam-qam kəndində Şuşa şəhəri uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan baş gizir Niftəliyev Mehrab Söhrab oğlunun ailəsinə baş çəkilib. Şəhidimizin xatirəsi anılıb, onun müharibədəki igidlik və şücaətindən danışılıb.

Daha bir görüş Qusar rayonu Cibir kəndində Xocavanəd istiqamətindəki döyüşlərdə şəhid olan baş gizir Nurmetov Çoban Raziddin oğlunun ailəsində keçirilib. Vətən torpağı uğrunda döyüşən şəhidlərimizin xalqımızın uzun illər çəkdiyi həsrətə son qoyduqları bildirilib.

Cəbrayıl royununda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Xaçmaz rayonunun Qədəşoba kənd sakini olmuş baş gizir Səmədov Mais Şadıbəy oğlunun da ailəsi ziyarət olunub. Qəhrəman şəhidlərimizin daim ehtiramla yad ediləcəyi vurğulanıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur