newsPhoto

Miqrasiya könüllüləri daha bir intelektual yarışın qalibi olublar

Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə 44 günlük Vətən müharibəsinin birinci ildönümünə həsr olunmuş “Dəmir Yumruq” intellektual liqası keçirilib.

Könüllülərin intellektual bilik və bacarıqlarının möhkəmləndirilməsi, asudə vaxtlarının səmərəli təşkil olunması, eləcə də təşkilatlar arasında əlaqələrin möhkəmləndirilməsi məqsədilə keçirilən yarışda İttifaqa üzv təşkilatları təmsil edən 50 könüllüdən ibarət 10 komanda mübarizə aparıb.

“Nə? Harada? Nə zaman?” formatında keçirilən müsabiqə sona qədər gərgin və maraqlı mübarizə şəraitində keçib.

Yekunda Miqrasiya Könüllüsü İctimai Birliyini təmsil edən könüllülərdən ibarət komanda bütün rəqiblərini üstələyərək kubokun sahibi olub. Turizm Könüllüləri və Gənc Könüllülər təmsil edən komandalar isə müvafiq olaraq 2-ci və 3-cü yerləri bölüşüblər.

Müsabiqədən sonra keçirilən mükafatlandırma mərasimində qalib komandalara kubok, medal və dəyərli hədiyyələr təqdim olunub.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur