newsPhoto

Miqrasiya könüllülərinə sertifikatlar verilib

Şəki regional miqrasiya idarəsində “Miqrasiya Könüllüsü-sən fərqlisən” layihəsi çərçivəsində fəaliyyətini uğurla başa vuran 7 könüllüyə sertifikat təqdim edilib. Son illər ölkədə könüllülük hərəkatının geniş vüsət alması müsbət hal kimi qiymətləndirilib. Dövlət tərəfindən könüllülərin daim diqqətdə saxlanıldığı vurğulanıb. Şəki regional miqrasiya idarəsinin bölmə rəisi, kiçik miqrasiya xidməti müşaviri Rəşad Bağırov bildirib ki, gənclərin miqrasiya orqanlarında təcrübə keçməsi onların gələcək əmək fəaliyyəti dövründə əhəmiyyətli rol oynayacaq.

Tədbir iştirakçılarına Miqrasiya könüllüləri tərəfindən ötən müddət ərzində həyata keçirilmiş uğurlu layihələr barədə də məlumat verilib. Sonda idarədə təcrübə keçmiş könüllülərə sertifikatlar təqdim olunub.